Xəbərlər

Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək

İyunun 24-25-də Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) keçiriləcək.

“Füyuzat” bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və ASA-nın təşkilatçılığı ilə baş tutacaq. Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların iştirakı gözlənilir.

2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatılacağı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.