Xəbərlər

Dilimiz milli-mədəni kimliyimizin təməlidir – yeni layihə

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəyə start verir.

“Füyuzat” xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliği və bu sahədə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək göstərməkdir.

Layihə üzrə ilk seminar iyunun 11-də saat 14:00-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə keçiriləcək.

Seminara giriş sərbəstdir.