Xəbərlər

Litva: Avropa müdafiə sahəsində ABŞ-ın bərabərhüquqlu tərəfdaşına çevrilməlidir

“Avropa Vaşinqtonla birgə təhlükəsizlik tərəfdaşlığı səviyyəsinə çatmağa çalışmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Litva prezidenti Gitanas Nauseda bildirib.

“Son vaxtlara qədər NATO ilə bir növ rəqabət kimi şərh edilən Avropanın strateji muxtariyyəti indi tamamilə başqa cür qəbul edilir”, – deyə o bildirib.

“Bu gün bu, Avropanın müdafiə sənayesinin inkişafında və onun artırılmasında daha çox məsuliyyət götürmək istəməsi deməkdir”, – Nauseda əlavə edib.

O qeyd edib ki, balanssızlığı aradan qaldırmaq üçün bu məqsədlərə daha tez çatmaq lazımdır.