Xəbərlər

“TikTok” Avropa İttifaqında bloklana bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqında (Aİ) “TikTok”un bloklanmasının mümkün olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, o bu barədə Hollandiyanın Maastrixt şəhərində keçirilən tədbirdə deyib.

Von der Leyen əlavə edib ki, Avropa Komissiyası dünyada “TikTok”u korporativ telefonlarda qadağan edən ilk təşkilatdır: “TikTok”un yaratdığı təhlükənin fərqindəyik”.

Bundan əvvəl, Hindistan, ABŞ, Kanada, Tayvan, Böyük Britaniya və İndoneziya korporativ məqsədlərlə “TikTok” istifadəsinə qadağa qoyub.