Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.
“Füyuzat” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.
Nazir həmçinin bildirib ki, tamştatlı müəllimlərin əməkhaqqısı əhəmiyyətli dərəcədə yüksək olacaq:
“Mən elm və təhsil naziri kimi, müəllimlərin əməkhaqqısının mümkün qədər yüksək olmasının tərəfdarıyam. Lakin əməkhaqlarının artırılması dövlətin büdcə siyasəti çərçivəsində müəyyən edilir”.



