Xəbərlər

Ekspert: “Turist xərclərinin xidmət sahələrinə yönəlməsi üçün balans yaradılmalıdır”

Azərbaycanda turistlərin xərclərinin böyük hissəsi hotel və nəqliyyat xidmətlərinə yönəldiyi üçün digər turizm xidmətlərinə daha az vəsait qalır.

“Füyuzat” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirin sual-cavab sessiyasında deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın turizm sektorunda nəzərə alınmalı olan struktur məsələlərindən biridir: “Turistin müəyyən büdcəsi olur. Əgər həmin büdcənin böyük hissəsi hotel və nəqliyyata xərclənirsə, o zaman restoranlara, ekskursiyalara, əyləncəyə və digər turizm təcrübələrinə daha az vəsait ayırır. Bu isə həm turistin ölkədə qalma müddətini azalda, həm də yerli bizneslərin gəlirlərini məhdudlaşdıra bilər. Bu baxımdan ölkədə turist xərclərinin daha geniş xidmət sahələrinə yönəlməsi üçün balans yaradılmalıdır”.