Xəbərlər

MİQ imtahanlarının vaxtı bəlli oldu: Təhsil eksperti vacib məlumatları açıqladı

Müəllimlərin işə qəbulu imtahanlarının tarixləri artıq bəlli olub. Belə ki, 2026-2027ci tədris ili üzrə MİQ imtahanlarının 1418 iyul tarixləri arasında, ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunması nəzərdə tutulur.

Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, bu gün gün ərzində MİQ imtahanı üçün qeydiyyatdan keçmiş şəxslərin şəxsi kabinetlərinə imtahan tarixləri, saatı və imtahan məkanı barədə məlumatlar göndəriləcək. Namizədlər öz şəxsi kabinetlərinə daxil olaraq bu məlumatlarla tanış ola bilərlər.

MİQ imtahanında iştirak etmək üçün artıq 40 mindən çox namizəd qeydiyyatdan keçib. Müsabiqədə ingilis dili ən rəqabətli fənlərdən biri hesab olunur. Eyni zamanda Azərbaycan dili və ibtidai sinif müəllimləri arasında da ciddi rəqabət müşahidə olunacaq.

Ekspert həmçinin vurğulayıb ki, MİQ imtahanında da digər imtahanlar kimi, müraciət edənlərin sayı – ümumilikdə müraciət edənlərin sayı, eyni zamanda hər bir vakansiya üzrə müraciət edən namizədlərin sayı əsasında ciddi rəqabət formalaşır.