Xəbərlər

“MİMTA Yayımları” Moskva Beynəlxalq Naşirlər Həftəsində iştirak edir

Moskva Beynəlxalq Naşirlər Həftəsi öz işinə başlayıb.

“Füyuzat” xəbər verir ki, mədəni və ədəbi əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan mötəbər tədbirdə “MİMTA Yayımları” da təmsil olunur.

“MİMTA Yayımları”nın əsas missiyası bu beynəlxalq platformada Azərbaycan ədəbiyyatını və zəngin mədəni irsimizi layiqincə təbliğ etməkdir. Nəşriyyatın nümayəndələri tədbir çərçivəsində milli ədəbiyyatımızın dünyaya tanıdılması üçün genişmiqyaslı fəaliyyətlər həyata keçirməyi hədəfləyiblər.

Qeyd edək ki, konfrans-sərgi formatında keçirilən tədbir həmçinin müəllif hüquqlarının alış-satışı üçün geniş imkanlar və unikal biznes platforması təqdim edir.