Xəbərlər

Peskov: Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları təhlükəlidir

“Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı olan bəyanatları olduqca təhlükəlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib.

“Bu bəyanat çox mühüm və təhlükəlidir. Fransa prezidenti Ukrayna məsələsinə qarışmaq imkanları ilə bağlı bəyanatlar verməkdə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik və bütün məqsədlərimizə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdiririk”, – Peskov bildirib.