Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşkar olunub.
“Füyuzat” “Report”a istinadən xəbər verir ki, əşyalar rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkar edilib.
Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.
Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.
Onun sözlərinə görə, tapıntıların yaşı barədə aparılan analizlərdən sonra dəqiq fikir söyləmək mümkün olacaq.



