Xəbərlər

Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

İyulun 26-da Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı keçiriləcək.

“Füyuzat” xəbər verir ki, film Füzuli rayonunun Qaraxanbəyli və Merdinli kəndlərindən olan 29 şəhidin həyat hekayələrindən bəhs edir.

Şəhidlərin həyat yolu ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, arxiv materialları, musiqi və süni intellekt texnologiyası ilə yaradılmış vizual rekonstruksiyalar vasitəsilə ekranlaşdırılıb. “29 imza…” ayrı-ayrı bioqrafiyaların toplusu deyil, bir yurdun taleyinə yazılmış 29 ömrün ümumi yaddaşıdır.

Ssenari müəllifi və rejissoru Vəfa Ağazadə olan filmin əsas ideyası şəhidlərin xatirəsini yaşatmaq, onların Vətən uğrunda göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq və kollektiv yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin tədimatında iştirak sərbəstdir.