Xəbərlər

5-ci Milli Yaylaq Festivalı zamanı “səhnə aşması” xəbəri həqiqəti əks etdirmir

Bəzi saytların və KİV-lərinin 5-ci Milli Yaylaq Festivalı zamanı “səhnə aşması” xəbəri həqiqəti əks etdirmir.

“Füyuzat” xəbər verir ki, bu barədə Milli Yaylaq Festivalının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, tədbirin səhnəsi gün ərzində fəaliyyət göstərib və 2-ci günün əsas konserti saat 22:00-dək uğurla davam edib. Çökən qurğu cıdır meydanı yanında yerləşən və atlar üçün samanların saxlanması üçün nəzərdə tutulan yüngül taxta konstruksiyalı üstü qarğılı çardaq olub.

Çardaq insanların oturması üçün nəzərdə tutulmayıb, masa və oturacaqlarla təchiz edilməmiş və altında heç bir xidmət təşkil ediməmişdir. Hadisənin baş vermə səbəbləri müvafiq qaydada araşdırmanın nəticəsində müəyyənləşəcək.

Hadisədən təəsüfləndiyimizi bildirməklə, yüngül xəsarət alan vətəndaşlarımıza şəfa diləyirik. Sayt və KİV-lərdən dəqiqləşdirilməmiş məlumatları paylaşmamaları xahiş olunur.

Xalqımızın zəngin mədəni irsini, yaylaq həyatını, qədim elat ənənələrini və milli-mənəvi dəyərlərini yaşadan V Milli Yaylaq Festivalında iki gün ərzində on minlərlə ziyarətçi iştirak etmişdir.