Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
“Füyuzat” xəbər verir ki , bu barədə bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Maksimum tutulma saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.
Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə – Ay batana qədər müşahidə etmək mümkün olacaq.



