İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfahda əməliyyat hədəfi münaqişənin həlli məqsədilə HƏMAS-a təzyiq göstərməkdir.
“Füyuzat”ın məlumatına görə, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
“İsrailin Rəfahdakı məhdud əməliyyatı atəşkəs və girovların azad edilməsi ilə nəticələnəcək razılaşma üçün HƏMAS-a təzyiq göstərməkdir. İsrail ordusunun hərəkətləri çox məhduddur və Tel-Əvivin son həftələrdə elan etdiyindən çox uzaqdır”, – məlumatda qeyd edilib.