Xəbərlər

İslami ilə MAQATE rəhbəri arasında danışıqlar konstruktiv olub

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə danışıqlarını konstruktiv adlandırıb.

“Füyuzat”ın məlumatına görə, İslami bu barədə İranın İsfahan şəhərində Qrossi ilə birgə mətbuat konfransında bildirib.

“Biz konstruktiv və perspektivli danışıqlar apardıq”, – İslami qeyd edib.