Kuba prezidenti Migel Dias-Kanel Moskvaya işgüzar səfərə gəlib.
“Füyuzat”ın məlumatına görə, Kuba prezidenti Migel Dias-Kanel Moskvaya gəlib.
Kuba liderinin mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə paradına qatılacağı gözlənilir. Bundan əvvəl prezidentin köməkçisi Yuri Uşakov bildirmişdi ki, təntənəli tədbirlərdə iştirak etdikdən sonra Dias-Kanel Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Qeyd edək ki, Moskvaya yola düşməzdən əvvəl Diaz-Kanel deyib ki, o, Putinin yenidən seçilməsindən sonra ikitərəfli gündəliyin prioritetlərini müzakirə etmək niyyətindədir. O əlavə edib ki, Kuba nümayəndə heyətinin rəhbəri kimi Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.