Xəbərlər

Paşinyan Moskvaya səfər edib

Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etmək üçün Moskvaya səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, mayın 8-də Moskvada Aİİ-nin ali orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. 2024-cü ildə Ermənistan Aİİ-yə sədrlik edəcək.