Xəbərlər

ATƏT Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını alqışlayıb

ATƏT Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesini alqışlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, danışıqlar konstruktiv şəraitdə keçməlidir.

“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik, danışıqlar prosesi etimad şəraitində keçməlidir, onilliklər boyu davam edən və iztirablara səbəb olan münaqişəyə son qoyula bilər”, – Borq əlavə edib.