Kültür-sənət • Xəbərlər

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

İstanbulun Kadıköy rayonunda yerləşən Barış Manço Mədəniyyət Mərkəzində “Zəfər yolundan Türk dünyasına” mövzusunda ədəbi-bədii proqram keçirilib.

“Füyuzat”  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Zəfər tarixini, milli-mənəvi dəyərlərini və Türk dünyasının birliyini sənət vasitəsilə ifadə edən layihə teatr, musiqi və rəqs sənətini vahid səhnə konsepsiyasında birləşdirib.

Proqramda teatr sənətçisi “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi və Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarovanın xüsusi səhnə təqdimatı nümayiş etdirilib. Bədii təqdimatda Vətən sevgisi, qəhrəmanlıq, şəhidlərin xatirəsi, Qarabağın azadlığı və Şuşanın tarixi-mənəvi əhəmiyyəti ön plana çəkilib.

Bədii hissədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Vüsalə Əsgərova, eləcə də müğənnilər Ozan Murat Oluç, Deniz Tekin və Pərvin Aslan çıxış ediblər. Mərasim “Rüzgar Rəqs Qrupu”nun təqdimatında Azərbaycan milli rəqslərinin nümayişi ilə davam edib.