Sabah Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlının “Qızım mənim” kitabının təqdimat mərasimi olacaq.
“Füyuzat”ın məlumatına görə, təqdimat mərasimi saat 15:00–15:45-də “Məhəmməd Füzuli” təqdimat zonasında baş tutacaq.
Qeyd edək ki, kitab müəllifin “İşıq” dərgisində müxtəlif dönəmlərdə yayımlanan silsilə yazıları əsasında hazırlanıb.
Kitabda təqdim olunan yazılarda milli-mənəvi dəyərlər, adət-ənənələrimizə sədaqət, eləcə də ailə, tərbiyə və həyat fəlsəfəsinə dair dərin humanist düşüncələr öz əksini tapır. Kitab bütövlükdə gənc qızlara ünvanlanan, həyatın müxtəlif sınaqları, insan münasibətləri və köklərə bağlılığın önəmi barədə dəyərli nəsihətləri ehtiva edən səmimi esselərdən ibarətdir.



