Milli Kitabxana Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində fəaliyyətini davam etdirir.
“Füyuzat” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov söyləyib.
O bildirib ki, hazırda dünyanın 19 ölkəsində Azərbaycan ədəbiyyatı bölmələri yaradılıb.



