Xəbərlər

Elm və Təhsil Nazirliyi ilə QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.

“Füyuzat” xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu 2026-cı il oktyabrın 22-də başlanacaq və noyabrın 12-də yekunlaşacaq.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Müsabiqə barədə ətraflı məlumatı linkə keçidlə etmək mümkündür.