Xəbərlər

Xamenei Rəisinin səlahiyyətlərini icra edəcək şəxsi açıqlayıb

“Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra konstitusiyanın müvafiq maddəsinə əsasən, birinci vitse-prezident Məhəmməd Mühbir seçkilərə qədər prezidentlik səlahiyyətlərini icra edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İran ali dini lideri Əli Xamenei bəyan edib.

Rəisiyə rəhmət diləyən Xamenei İran xalqına başsağlığı verib və ölkədə 5 günlük matəm elan edib.