Xəbərlər

Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

“Füyuzat” xəbər verir ki bu barədə AzVİF məlumat verib.

Məlumata görə, startdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ROEQİUGVM-nin Gəncə bölməsinin idmançıları, tələbə və könüllülərin iştirak etdiyi veloyürüş Zəfər Tağının qarşısında start götürüb və orada da yekunlaşıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.