Meksikanın Nuevo Leon əyalətinin San Pedro şəhərində seçki mitinqində səhnənin qismən çökməsi nəticəsində biri uşaq olmaqla 9 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə əyalət rəsmiləri məlumat yayıb.
Tədbirdə iştirak edən prezidentliyə namizəd Xorxe Alvarez Maynez bildirib ki, 4 nəfər hadisə yerində ölüb, biri uşaq olmaqla daha 5 nəfər isə xəstəxanada həyatını itirib. Hadisə nəticəsində 60-dan çox insan xəsarət alıb.