Norveç Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığa dair birgə bəyannamə imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Norveç krallığının müdafiə naziri Byorn Arild Qram Aİ-də təhlükəsizlik üzrə Şuman Forumunda bildirib.
“Biz Aİ ilə təhlükəsizlik və müdafiə üzrə birgə bəyannamə imzaladıq”, – nazir qeyd edib.
Onun fikrincə, sənəd bu sahədə dialoqun inkişafına töhfə verəcək.
Qram onu da qeyd edib ki, Norveç artıq Aİ ilə silah istehsalı, ordunun döyüş qabiliyyətinin gücləndirilməsi, Ukraynaya yardımın göstərilməsi məsələlərində sıx əməkdaşlıq edir.