Hollandiya F-16 qırıcılarının Rusiya Federasiyasına zərbələr endirmək üçün istifadəsini məhdudlaşdırmayacaq.
“Füyuzat”ın məlumatına görə, bunu Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren bildirib.
“Biz digər imkanlara tətbiq etdiyimiz prinsipi tətbiq edirik, yəni biz silahları Ukraynaya verəndən sonra onlar özləri silahlara nəzarət edə bilər”, – nazir qeyd edib.
Ollonqrenin sözlərinə görə, Hollandiya qonşu Belçikadan fərqli olaraq döyüş təyyarələrinin istifadəsinə məhdudiyyətlər qoymayacaq.
Qeyd edək ki, Hollandiya 24 ədəd F-16 qırıcısını Kiyevə təhvil vermək niyyətindədir.