Xəbərlər

Netanyahu iyulun 24-də ABŞ Konqresində çıxış edəcək

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə adı açıqlanmayan israilli məmur və ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin köməkçisi Mayk Consona istinadən “The Times of Israel” nəşri yazıb.

Onların sözlərinə görə, Netanyahunun Konqresin əsas üzvləri tərəfindən dəvət olunduğu çıxış iyulun 24-nə planlaşdırılıb.

“Politico” qəzeti isə Baş nazirin iyunun 13-də keçiriləcək iclasda çıxış edəcəyini yazıb. Lakin Netanyahunun ofisi bu məlumatı inkar edib.

Netanyahu bundan əvvəl 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericilərinə müraciət edib.