Xəbərlər

Taliban nümayəndə heyəti Kazanda təhsil nazirlərinin forumuna qatılıb

Taliban hərəkatının nümayəndə heyəti iyunun 10-da və 11-də Kazanda keçiriləcək “Gələcəyin formalaşması” II Beynəlxalq Təhsil Nazirləri Forumuna qatılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Taliban hərəkatının nümayəndələri iyunun 5-8-də keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda olublar.

“Gələcəyin formalaşdırılması” forumunun işgüzar proqramı çərçivəsində iştirakçılar məktəbəqədər və orta təhsilin inkişafı, sağlamlıq imkanları məhdud uşaqlarla iş sahəsində layihələr, məktəblilərlə peşəyönümlü işin xüsusiyyətləri, süni intellektdən istifadə məsələlərini müzakirə edəcəklər.

Tədbir çərçivəsində həmçinin BRİCS-ə üzv ölkələrin təhsil nazirlərinin iclası keçiriləcək və onlar qlobal çağırışlar fonunda təhsil layihələri sahəsində dövlətlərarası assosiasiyanın inkişafına yekun vuracaqlar.