Xəbərlər

ABŞ Ermənistanla əlaqələrini genişləndirməyə hazırdır

ABŞ Ermənistanla təhlükəsizlik məsələlərində əlaqələrini dərinləşdirməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms OBrien İrəvanda Ermənistan və ABŞ arasında strateji dialoq çərçivəsində keçirilən görüşdə bildirib.

“Biz müdafiə və təhlükəsizlik məsələləri üzərində işləməyə davam edəcəyik. Artıq qeyd etdiyimiz kimi, ilk birgə məşqlərimiz ötən il baş tutub. Kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və digər məsələlər sahəsində də əməkdaşlıq edə bilərik”, – deyə o qeyd edib.