Xəbərlər

Putin Hakan Fidanı qəbul edəcək

Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.

“Füyuzat”ın məlumatıma görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Türkiyə XİN başçısını bu gün axşam saatlarında qəbul edəcək. Müzakirə ediləcək məsələlər barədə əlavə məlumat verilməyib.