Xəbərlər

Xarici ticarət dövriyyəsində müsbət saldo 2,4 dəfə azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,7 % azdır.

Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.

Son nəticədə xarici ticarətdə 3 milyard 837 milyon 889,6 min ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.