Xəbərlər

Danimarka gələn ildən ukraynalı pilotlara təlim keçməyəcək

Danimarka 2024-cü ildən sonra ukraynalı pilotlara F-16 qırıcıları üçün təlim keçməyi dayandıracaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen açıqlama verib.

“Biz 2024-cü ildən sonra ukraynalı pilotların təlimini davam etdirə bilmərik”, – o bildirib.

Poulsen qeyd edib ki, Danimarka Ukrayna Silahlı Qüvvələrinin pilotlarının hazırlanmasına öz töhfəsini verməyə davam edə bilər. Ancaq bu sadəcə digər ölkələrin ərazisindəki təlimlər zamanı mümkün olacaq: “Bu gün Rumıniyada da ukraynalı pilotlar hazırlanır, lakin Danimarkanın bu hazırlıqlara necə kömək edəcəyi ilə bağlı hələ qərar verilməyib”.

“Danimarka həmçinin 19 ədəd F-16 qırıcısını Kiyevə təhvil verməyə söz verib. Plana görə, onlardan ilk dördü bu yay Ukraynaya göndərilməlidir”, – nazir əlavə edib.