Xəbərlər

İstanbulda İŞİD-lə əlaqədə olan 10 əcnəbi saxlanılıb

İstanbul polisi İŞİD terror təşkilatının, o cümlədən münaqişə zonalarındakı əməliyyatlarında iştirakda şübhəli bilinən 10 əcnəbini saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təhlükəsizlik orqanının açıqlamasında bildirilir.

Qeyd edilir ki, vətəndaşlığı açıqlanmayan məhbuslar Türkiyə üçün təhlükə yaradıb.

“Əməliyyat cümə axşamı səhər İstanbulun 7 bələdiyyəsində 17 ünvanda həyata keçirilib. Əcnəbilərin saxlandığı yerlərdə onların İŞİD ilə əlaqəsini göstərən çoxlu rəqəmsal materiallar ələ keçirilib, şübhəlilər dindirilmək və istintaq hərəkətləri üçün İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb”, – məlumatda qeyd edilib.

Əlavə edək ki, Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə 3 mindən çox insan terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.