Xəbərlər

Polşa ABŞ-dan 47 ədəd “Abrams” tankı alıb

Polşa 2023-cü ilin yanvarında imzalanmış müqavilə əsasında ABŞ-dan M1A1 Abrams tanklarının sonuncu dəstini təhvil alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Respublikasının Silahlı Qüvvələri məlumat yayıb.

“Dördüncü çatdırılmaya Polşa Respublikasının Silahlı Qüvvələri üçün ötən ilin yanvar ayında alınmış 47 ədəd M1A1 Abrams tankı daxildir”, – məlumatda deyilir.

2023-cü ilin yanvar ayında Polşa Milli Müdafiə Nazirliyi ABŞ-dan 116 ədəd M1A1 Abrams tankı alıb. Bundan başqa, 2022-ci ildə Polşa hakimiyyəti Amerika tərəfi ilə 2025-2026-cı illərdə 250 ədəd modernləşdirilmiş M1A2 Abrams tankının tədarükü haqqında saziş imzalayıb.