Xəbərlər

Malayziya BRİCS-ə üzvlük üçün müraciət edəcək

Malayziya 2025-ci ildə BRİCS-ə üzvlük üçün müraciət edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Malaziya xarici işlər naziri Məhəmməd Həsən deyib.

“Bəli, indi təşkilata Rusiya sədrlik edir, lakin gələn il sədr Braziliya olacaq. Ona görə də Braziliya ilə danışıqlar aparacağıq”, – Məhəmməd Həsən bildirib.

Qeyd edək ki, Malayziyanın Baş naziri Ənvər İbrahim daha əvvəl bildirmişdi ki, ölkə tezliklə BRİCS-ə qoşulmaq üçün rəsmi prosesə başlayacaq.