Xəbərlər

İsrail ordusu Qəzzada əməliyyatlara davam edir

İsrail ordusu Qəzza zolağında əməliyyatlara davam edir. Şəcayi bölgəsində keçirilən reydlər zamanı hərbçilər çoxlu sayda terrorçunu məhv ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “İDF-nin əməliyyatları bütün Qəzza zolağında davam edir, xüsusilə Şəcayi bölgəsində məqsədyönlü reydlər zamanı İDF əsgərləri yaxın döyüşdə çoxlu sayda terrorçunu məhv edib”.

Bundan əlavə, bu ərazidə onlarla hava zərbələri zamanı daha 20-yə yaxın terrorçu, silah emalatxanaları və silah anbarları məhv edilib.