Xəbərlər

Rusiya Ukraynanın 5 PUA-sını vurub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus daha bir pilotsuz uçuş aparatını (PUA) vurub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Qeyd edək ki, ötən gün Ukraynanın 4 pilotsuz uçuş aparatı vurulub.

“Növbəti dəfə Kiyev rejiminin PUA-lardan istifadə etməklə təxribat törətmək cəhdinin qarşısı alınıb. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Trubçevski rayonu üzərində Ukrayna PUA-nı vurub”, – vilayət qubernatoru “Telegram”da yazıb.