Xəbərlər

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, bir pilot həlak olub

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İnfo Rustavi” portalı məlumat yayıb.

Məlumata görə, helikopter Bolnisdə qəzaya uğrayıb. Hadisə rayonun Disvəli kəndində baş verib.

“Biz Daxili İşlər Nazirliyində baş verən insidentin təfərrüatlarını aydınlaşdırmağa çalışırıq”, – nəşr bildirib.

Yerli kütləvi informasiya vasitələrinin nümayəndələri helikopterin düşdüyü yerə gediblər. Qeyd edilib ki, hadisə nəticəsində bir pilot həlak olub.