Xəbərlər

Rusiya ATƏT PA-da iştirakını dayandırıb

Rusiya Dövlət Duması və Federasiya Şurası ölkənin Federal Məclisinin nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı qərar qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kommersant” məlumat yayıb.

Rusiya Dövlət Dumasının deputatı və Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy bildirib ki, iclasda iştirak edən 405 deputatın hamısı qərarın lehinə səs verib.

“Rusiyanın təşkilatda iştirakının dayanması ilə ATƏT PA-nın büdcəsi maliyyə gəlirlərinin 6%-ni itirəcək. Bizim üçün bu, iqtisadiyyat yox, prinsipial məsələdir. Rusiya assambleyanın rusofob yanaşmalarına pul xərcləyə bilməz və etməməlidir”, – o əlavə edib.