Xəbərlər

Polşa və Ukrayna təhlükəsizlik sazişi imzalayacaq

Polşa və Ukrayna təhlükəsizlik sazişi imzalayacaq. Sənəd Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya səfəri zamanı imzalanacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslaw Sikorski bildirib.

“Biz təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığa dair G7 formuluna əsasən bəyannamə imzalayacağıq”, – polşalı diplomat deyib.

Polşanın Baş naziri Donald Tusk iyunun 27-də Avropa İttifaqı sammitində Ukrayna lideri ilə danışıqlardan sonra yaxın günlərdə Zelenskinin Varşavaya səfər edəcəyini bəyan edib. O həmçinin bildirib ki, iki ölkə arasında təhlükəsizlik sazişi demək olar ki, hazırdır və iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinin başlanmasına qədər imzalanacaq.