Xəbərlər

İsrail ordusu Qəzzada 50 hərbi obyektə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 24 saat ərzində 50 hərbi obyektə zərbə endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir: “İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında son 24 saat ərzində onlarla terrorçunu və 50 terror obyektini məhv edib. Şəcayi bölgəsində isə İsrail əsgərləri yaxın döyüş, tank atəşi və hava zərbələri ilə tunelləri zərərsizləşdirib və onlarla terrorçu öldürüb”.