“Türk Dövlətləri Təşkilatı ərazi bütövlüyünü təmin edən Azərbaycanda ilk dəfə toplanacaq. Bu sammit Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, iyulun 5-6-da keçiriləcək qeyri-rəsmi Liderlər Sammitində nəqliyyatdan tutmuş enerjiyə qədər bir çox məsələlər müzakirə olunacaq.
Sammit ölkələr arasında əməkdaşlığı artırmaq və gələcəyə ümumi baxışı gücləndirmək məqsədi daşıyır.
İyulun 6-da Prezident İlham Əliyevin ev sahibliyi edəcəyi sammitdə Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edəcək. Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri, müşahidəçi ölkələrin rəhbərləri də sammitdə iştirak edəcəklər.