Xəbərlər

Macarıstanın Baş naziri Moskvaya səfər edib

Macarıstanın Baş naziri Viktor Orban Moskvaya gəlib və burada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə hökumət başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Qeyd edək ki, cümə günü “Kossuth” radiosunun səhər proqramında danışan Orban münaqişə tərəflərini atəşkəs və sülh danışıqları ilə başa çata biləcək müzakirələrə başlamağa dəvət etdiyini bildirib.