Xəbərlər

İngiltərədə Leyboristlər Partiyası Mühafizəkarların 14 illik üstünlüyünü geridə qoydu

İngiltərədə dünən keçirilən ümumi seçkilərdə Leyboristlər (İşçi) Partiyası 650 yerlik parlamentdə təxminən yüzdə 34 səslə 412 millət vəkili yeri qazanaraq Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Hələ dəqiqləşdirilməmiş rəsmi nəticələrə görə, 2019-cu il seçkilərində parlamentdə 202 mandat qazanan İşçi Partiyası dünənki seçkilər nəticəsində 412 mandat qazanıb. Mühafizəkarlar Partiyasının deputatlarının sayı isə 365-dən 120-yə enib.

Leyboristlər Partiyası 33,8 faiz, Mühafizəkarlar Partiyası isə 23,7 faiz səs toplayıb. Bu iki partiyanı 12,2 faiz səslə Liberal Demokrat Partiyası izləyib. Liberal Demokratlar 71 deputat mandatı qazanıb.