Xəbərlər

Üçüncü “Patriot” sistemi Almaniyadan Ukraynaya gətirilib

Almaniya Ukraynaya üçüncü “Patriot” hava hücumundan müdafiə sistemini təhvil verib və sistem artıq ölkəyə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Jaeger məlumat yayıb.

Jaegerin sözlərinə görə, sistemin ekipajı Almaniyada təlim keçib.

Bundan əvvəl Almaniya Ukraynaya iki ədəd, ABŞ isə bir ədad “Patriot” sistemi verib. Beləcə, Ukrayna artıq dörd ədəd “Patriot” sisteminə sahib olub.

Hər bir sistemə radar sistemləri və bir neçə buraxılış aparatı daxildir. Kiyev bildirib ki, ölkənin hava məkanını qorumaq üçün ən azı yeddi belə sistem lazımdır. Rumıniya və Hollandiya da Kiyevə bir ədəd “Patriot” sistemi verməyi planlaşdırdıqlarını açıqlamışdı.