Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun 75 illiyi münasibətilə keçirilən sammitdə iştirak edib. Görüş zamanı o, ABŞ dövlət katibi Entoni Blinkenlə ikitərəfli gündəliklə bağlı fikir mübadiləsi aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş rəsmi qəbulda iştirak edib. Tədbir zamanı nazir Mirzoyan NATO üzvü və tərəfdaş ölkələrin xarici işlər nazirləri ilə təmasda olub. ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ermənistan-ABŞ ikitərəfli gündəliyi və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb”, – bəyanatda deyilir.