Xəbərlər

Antonio Tacani: İtaliya Rusiya ilə normal diplomatik münasibətlərə malikdir

“İtaliya Rusiya ilə müharibə vəziyyətində deyil, normal diplomatik münasibətlərə malikdir, bütün sülh təşəbbüslərini dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tacani məlumat yayıb.

O həmçinin qeyd edib ki, “Liqa” koalisiya partiyasının lideri, Baş nazirin ikinci müavini Matteo Salvininin Ukraynaya silah göndərilməsinin münaqişəni uzatdığını deməsinə baxmayaraq, bu məsələdə hakim çoxluqda fikir ayrılığı yoxdur.