Xəbərlər

Orban Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflər göndərib

Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-dən iyulun 11-dək Rusiya, ABŞ və Ukraynaya səfər etdiyi sülhməramlı missiyasının nəticələrindən yola çıxaraq Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinə təkliflər göndərib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın siyasi müşaviri Balazs Orban məlumat yayıb.

“Baş nazir danışıqların birinci mərhələsinin nəticələri, sülh missiyası və Macarıstanın təklifləri barədə Aİ liderlərini yazılı şəkildə məlumatlandırıb ki, əgər Avropa həm sülh, həm də hərbi münaqişənin həllində qan tökülməsinə son qoyulmasında həlledici söz sahibi olmaq istəyirsə, o zaman indi siyasi kursunda dəyişiklik hazırlayıb həyata keçirməlidir”, – Balazs qeyd edib.