“Ölkə daxilində və digər ölkələrdə didərgin düşmüş fələstinlilərin sayı 7 milyonu ötüb”.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstin prezidenti Mahmud Abbas deyib.
“İsrail işğalçı qüvvələri artıq 19 aydır ki, dünyanın gözü qarşısında əhalini ölümlə üz-üzə qoyub. Ölkəmizin ərazisini zorla ələ keçirməkdən əlavə onlar soyqırımı, məhvetmə və xalqımızı Qəzza zolağından çıxarmaq üçün aclıq yaratma addımlarından istifadə edirlər ki, bu amansız cinayətdir. Fələstin daxilində, qonşu ölkələrdə və dünyada fələstinli qaçqınların sayı 7 milyondan çoxdur. Xüsusilə Qəzza, İordan çayının qərb sahili, o cümlədən Şərqi Qüds, İordaniya, Livan və Suriyadakı qaçqın düşərgələrində həmvətənlərimizin çəkdikləri əzab davam edir”, – prezident əlavə edib.